Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:25

Səbinə Babayeva Azərbaycanı «Eurovision 2012»-də təmsil edəcək (VİDEO)


Eurovision2012-də Azərbaycanı Səbinə Babayeva təmsil edəcək
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00
Direct-ə keçid

Eurovision2012-də Azərbaycanı Səbinə Babayeva təmsil edəcək

Fevralın 12-də saat 19.30-da Heydər Əliyev adına sarayda «Eurovision 2012» Milli Seçim turlarının final konserti başlayıb. Konsert zamanı Azərbaycanı müsabiqədə təmsil edəcək ifaçının adı açıqlanıb. Belə ki, Azərbaycanı musiqi yarışmasında Səbinə Babayeva təmsil edəcək.
Finalda Orxan Kərimli, Elton İbrahimov, Fəqan Səfərov, Səbinə Babayeva, Arzu İsmayılova yarışırdılar.

Səbinə 10-12 yaşlarında "Şən notlar" xorunun solisti olmuşdur.

Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi kollecinə daxil olmuş və oranı vokal sinfi üzrə bitirmişdir.

1999-cu ildə musiqi institutları arasında keçirilən "Dalğa" yarışmasında xarici mahnının ən yaxşı ifası nominasiyası üzrə 1-ci mükafatın laureatı;

"Golden Hit/99" gənc vokal ifaçıları beynəlxalq müsabiqəsinin laureatı;

"Qızıl açar 2001" - ifaçıların respublika müsabiqəsinin 1-ci mükafatının laureatı;

Latviyada keçirilən "Amberstar 2009" gənc ifaçıların beynəlxalq müsabiqəsinin qran-prisi;

"Slavic Star 2009" adlı gənc ifaçıların beynəlxalq müsabiqəsinin qran-prisi;

"Bəyaz Həyat" filmində "Röya kimi" soundtrack'inın ifaçısı;

Səbinə həmçinin 2011-ci ildə Eurovision milli seçim turunda iştirak etmişdir, amma beşinci həftədə 3-cü yeri qazanaraq yarımfinala vəsiqə qazana bilməmişdi.

XS
SM
MD
LG