Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:26

Yunanıstan parlamenti iqtisadi tədbirlər paketini müzakirə edir


Yunanıstan parlamentində hökumətin qəbul etdiyi kəskin iqtisadi tədbirlər paketiylə bağlı müzakirələr başlayıb.

Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu Yunanıstana növbəti 130 milyard avro kredit verilməsi əvəzində ölkədə kəskin iqtisadi tədbirlər görülməsini tələb edirlər.

Əks halda artıq martın 20-dək Yunanıstanda defolt baş verə bilər.

Ölkənin baş naziri Lukas Papadimos şənbə günü milli televiziya ilə xəbərdarlıq edib ki, əgər plan qəbul edilməsə ölkədə xaos və sosial partlayış baş verəcək.

Şənbə günü paytaxt Afinada plana etiraz olaraq çoxminlik nümayiş keçirilib.

Planda maaş və pensiyaların ixtisarı, vergilərinsə.artırılması nəzərdə tutulur.
XS
SM
MD
LG