Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:11

Ərəb Dövlətləri Liqası Suriyadakı vəziyyəti müzakirə edir


Ərəb Dövlətləri Liqası ölkələrinin xarici işlər nazirləri Qahirədə Suriyadakı vəziyyəti müzakirə edirlər.

Son günlər Homs şəhərində vəziyyıt daha da gərginləşib, qonşu Livanda isə prezident Bashar Assadın tərəfdarlarıyla əlehdarları arasında toqquşmalar gedir.

Bu ərəfədə paytaxt Dəməşqdə ordu generalı İssa al Kuli qətlə yetirilib.

İraq daxili işlər nazirinin müavini Adnan al Assadi şənbə günü bildirib ki, ölkədəki ekstremist qüvvələr Bashar Assad rejimilə savaşmaq üçün Suriyaya gedirlər.

Rusiya ilə Çin fevralın 4-də BMT-nin təhlükəsizlik şurasında Bashar Assadı istefa verməyə çağıran qətnamə layihəsinə vetoq qoyublar.

Bazar ertəsi BMT-nin Baş Assambleyasında Suriyadakı vəziyyət müzakirə olunacaq.
XS
SM
MD
LG