Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:52

Şeir müsabiqəsi: Ən gözəl sevgi şeirlərini kim yazır? Mükafat - notebook!


"Ədəbi Azadlıq" mükafatının büllur prizləri

"Ədəbi Azadlıq" mükafatının büllur prizləri

Oxucularımızdan gələn çoxsaylı müraciətləri nəzərə alıb bu il oxuzali.az saytında hekayə müsabiqəsi ilə yanaşı ilk dəfə olaraq "Ədəbi Azadlıq-2012" şeir müsabiqəsi də keçirəcəyik.

Şeir müsabiqəsinin şərtləri hekayə müsabiqəsinə bənzəsə də, müəyyən fərqlər də var.

Müsabiqə haqda məlumatlar ilk növbədə BURA yerləşdiriləcək.

Müsabiqəyə təqdim edilən əsərlər münsiflərə müəllifi göstərilmədən, nömrələnərək təqdim olunacaq. Müsabiqədə təxəllüslə iştirak etmək olmaz. Göndərilən əsərlər əvvəllər İnternet məkanında çap edilməmiş olmalıdır. Hər müəllifdən maksimum 2 şeir qəbul edilir və hər bir kəs həm hekayə, həm də şeir müsabiqəsinə qatıla bilər.

Hekayə müsabiqəsindən fərqli olaraq münsiflər birbaşa onluq yox, əvvəlcə iyirmilik, daha sonra onluq seçəcəklər, daha sonra onluq on-line səsverməyə çıxarılacaq, ən nəhayətdə isə münsiflər onlara əlavə ballar verəcəklər, mükafatları 4 mərhələnin yekununda ən çox bal toplayanlar qazanacaq.

Şeir müsabiqəsinin də baş mükafatı hekayə müsabiqəsindəki kimi notebook-dur. 2-ci və 3-cü yerlərin sahiblərinə də bahalı hədiyyələr təqdim olunacaq. Hər bir müəllifin təqdim etdiyi 2 şeirin ümumi həcmi 70 misranı keçməməlidir. Bu il şeir müsabiqəsinin teması Sevgidir.

Bu il müsabiqələrimizin yekununda çap edəcəyimiz kitaba 50 seçmə hekayə ilə yanaşı münsiflərin ən çox diqqətini cəlb etmiş 50 müəllifin şeirləri də yer alacaq.

Müsabiqənin şərtləri haqda yaxın günlərdə daha ətraflı məlumat verəcəyik.

Lütfən indidən "Oxu zalı"na müsabiqə üçün şeir göndərməyin. Müsabiqə fevralın 15-də elan ediləcək və əsərləri göndərmək üçün xüsusi e-mail ünvanı sizin ixtiyarınıza veriləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG