Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:40

Amerikalı yazar avtomobil qəzasında həyatını itirdi


Jeffrey Zaslow Miçiqanda kitab imzalanması mərasimində, 7 fevral 2012

Jeffrey Zaslow Miçiqanda kitab imzalanması mərasimində, 7 fevral 2012

Amerikalı yazıçı Jeffrey Zaslow avtomobil qəzasına düşüb.

O, ABŞ-ın Miçiqan əyalətindən son kitabının tanıtma mərasimindən dönərkən yarıyolda maşına nəzarətini itirib.

Polis yazıçının hadisə yerində öldüyü xəbərini verib.

Jeffrey Zaslow 1958-ci il in oktyabrında doğulub.

Yaradıcılığa jurnalistliklə başlayıb. Daha sonra romanlar yazıb.

Onu ən çox məşhurlaşdıran 2008-ci ildə yazdığı "The Last Lecture" (Son mühazirə) romanı olub.

Roman nəşr edildikdən sonra 40 dilə çevrilib.

Bu kitab “ən çox satılan kitab” siyahısına düşüb.

Yazıçı Wall Street Journal üçün köşə yazırdı.

Chicago Sun-Times qəzetində məsləhətşi işləyirdi.

Jeffrey Zaslow yazdığı romanlarda qəhrəmanlıq və müqavimət ruhunu aşılayırdı.

O, iki il öncə sui-qəsdlə üzləşən ABŞ-lı siyasətçi Gabrielle Giffords-ın xatirələrini də yazmışdı.

Jeffrey Zaslow Azərbaycan dilinə çevrilməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG