Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:29

ABŞ tezliklə Azərbaycana səfir təyin edəcək


«ABŞ rəhbərliyi hesab edir ki, tezliklə Azərbaycana səfir təyin olunmalıdır».

Bunu fevralın 11-də jurnalistlərə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterling deyib:

«Dövlət katibi Hillary Clinton, prezident Obama başa düşür ki, tezliklə Azərbaycana səfir təyin olunmalıdır. Güman edirik ki, tezliklə Azərbaycana yeni səfir təyin olunacaq».

«Bu məsələni Hillary Сlinton Münhendə İlham Əliyevlə müzakirə edibmi?» sualına cavabında A.Sterling deyib ki, bu, özəl görüş olduğundan detallara varmaq istəmir:

«Ancaq onu deyim ki, Azərbaycan və ABŞ rəsmləri artıq səfir məsələsinin həlli ilə bağlı danışıqlar aparıb. ABŞ başa düşür ki, iki ölkə arasında əlaqələr daha da güclənməlidir».

A.Sterling ABŞ və Azərbaycan arasında hökumətlərarası iqtisadi komissiyanın iclasının keçirilməsi məsələsinə də toxunub. O, toplantının 2012-ci ildə keçiriləcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG