Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:36

Yunanıstan hökuməti iqtisadi tədbirlər planını qəbul edib


Yunanıstanın koalision hökuməti şənbə gününə keçən gecə yeni kəskin iqtisadi tədbirlər paketini qəbul edib.

Defolt təhlükəsilə üzləşmiş Yunanıstan bunun əvəzində Avropa Birliyi, Avropa mərkəzi
Bankı və Beynəlxalq Valyuta Fondundan 130 milyard avro kredit almalıdır.

Bazar günü ölkə parlamentində sənədin səsə qoyulacağı gözlənilir.

Cümə günü yeni tədbirlərlə razılaşmayan 5 nazir hökumətdən çıxdıqlarını bəyan ediblər, paytaxt Afinada isə polislə nümayişçilər arasında toqquşma baş verib.

Bu tədbirlərdə maaşların ixtisarı, vergilərinsə artırılması nəzərdə tutulur.

Cümə günü yenidən ölkədə 48 saatlıq tətil başlanıb.

Demokratik Alyans partiyasının lideri Dora Bakoyannis.
XS
SM
MD
LG