Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:25

BMT-də Suriyadakı vəziyyət müzakirə olunacaq


BMT-nin baş katibi Ban Kİ Moon-un xüsusi müşavirləri Suriyada qan tökülməsini dayandırmaq üçün təcili addımlar atmağa çağırıblar.

Soyqırım məsələləri üzrə müşavir Francis Denglə mülki sakinlərin müdafiəsi üzrə müşavir
Edward Luckın yaydıqları birgə bəyanatda ölkənin Homs və digər şəhərlərində əhalinin kütləvi atəşə tutulması və böyük sayda insan təlkəfatından dərin narahatlıq bildirilir.

Bazar ertəsi BMT-nin Baş Asssambleyasında Suriyadakı vəziyyət müzakirə olunacaq.

Səudiyyə Ərəbistanının nümayəndələri cümə günü baş assambleyada bundan əvvəl Rusiya ilə Çinin veto qoyduqları sənədə oxşar qətnamə layihəsi yayıblarlar.

Ötən il Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi aksiyalar keçirilir.

BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG