Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:49

Rail Rzayevin qətlindən 3 il keçir


Azərbaycan Hərbi Hava Qüvvələri və hava hücumundan müdafiə qoşunları komandanı Rail Rzayevin qətlindən 3 il keçir. Hələ ki, onu qətlə yetirən tapılmayıb.

Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri tərəfindən istintaq və əməliyyat axtarış tədbirləri davam etdirilir.

R.Rzayev 2010-cu il fevralın 11-i səhər yaşadığı evin 500 metrliyində xidməti maşınında başından güllələnib.

Onun qətlindən sonra yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyev həbs olunublar.

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Aydın Rəfiyev 9, Anar Rəfiyev 7 il 6 ay, Anar Həşimov isə 7 il azadlıqdan məhrum ediliblər.

İttiham aktında deyilir ki, onlar R.Rzayev öldürüləndən dərhal sonra onun iş otağına girərək külli miqdarda qızıl-zinət əşyaları və generala məxsus seyfdən 200 min avro oğurlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG