Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:41
«Azadlıq» qəzeti «BAKIDA POLİSLƏRLƏ KÜTLƏVİ DAVA»dan yazır. Fevralın 9-u saat 21:00 radələrində metronun «İnşaatçılar» stansiyası girişində bir qrup şəxslə Çevik Polis Alayının əməkdaşları arasında münaqişə baş verib. Qəzet bir nəfərin saxlandığını yazır.

«Ötən gün isə metronun «Nizami» stansiyasında bir qrup gənclə polis arasında kütləvi dava olub. Nəticədə 8 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların da hamısı Çevik Polis Alayının əməkdaşlarıdır. Polislərlə dava edən gənclərin 12-14 nəfər olduğu bildirilir. Onlardan 3 nəfəri çox keçmədən saxlanılıb, digərlərinin axtarışı isə davam edir…», - deyə qəzet yazır.

«BİZ AXCP İLƏ MÜSAVATI HEÇ PARTİYA HESAB ETMİRİK». Bunu «Yeni Azərbaycan» qəzetinə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib:

«Xalq Cəbhəsi partiya deyil, artıq dərnəkdir. Orda heç 3-5 adam yoxdur. Onu hansı adla partiya hesab edirlər?».

Siyavuş Novruzov Müsavat Partiyasının da problemlər içində olduğunu deyir:

«Özlərinə başqan tapa bilmirlər, axtarışdadırlar…».

«Bizim yol» yazır ki, «BAKIDA ENERJİ BÖHRANI DÖVLƏT QURUMLARINI ÜZ-ÜZƏ QOYDU».

«Bakıelektrikşəbəkə»nin baş mühəndisi Zakir Quliyev «Azərenerji»dən verilən enerjinin 20 faiz azaldığını deyir. Foto: Arxiv

Foto: Arxiv

Baş mühəndis Bakı şəhərinin enerji şəbəkəsində başqa ciddi problemin olmadığını, çətinliklərin yalnız verilən enerjinin azalması ilə bağlı olduğunu bildirib» - qəzet yazır.

«Yeni Müsavat» qəzeti isə «Azərenerji» ilə məhkəməyə hazırlaşır. Qəzet yazır ki, qarlı havalarda redaksiyaya verilən elektrik enerjisi kəsildiyi üçün onlara maddi ziyan dəyib. Bu səbəbdən də «Azərenerji»ni məhkəməyə verir. Qəzet qurumdan maddi təzminat tələb edir.

Qəzetin baş direktoru Ələsgər Süleymanov deyib ki, «son 40 gündə «Yeni Müsavat»a 14 min manat zərər dəyib».

«Ayna» qəzeti yazır ki, «ötən il 697 Yol Polisi əməkdaşı cəzalanıb. Cəmi 39 nəfər işdən xaric edilib. Tutulansa olmayıb...».

«AZƏRBAYCANDA 120478 AİLƏ ÜNVANLI SOSİAL YARDIM ALIR». Bu haqda «Azərbaycan» qəzeti xəbər verir.

«Hazırda 541989 nəfəri əhatə edən 120478 ailə ünvanlı sosial yardım alır. Hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 106 manat 45 qəpik, hər adambaşına isə 23 manat 66 qəpik təşkil edir» - deyə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG