Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:44

Çinli şairə “təxribatçı” şeirinə görə 7 illik həbs cəzası verildi


Çin Məhkəməsi dissident şair Zhu Yufu-nu “hakimiyyəti devirməyə çağıran təxribatçı” şeirinə görə 7 illik həbs cəzasına məhkum edib.

“Artıq vaxtdır” adlanan şeir ötən ilin əvvəllərində İnternetdə çap edilmişdi.

Şeirdə Çində demokratik islahatlara çağırış var.

“Amnesty International” təşkilatı hökmü pisləyib və Çin hökumətini onu tənqid edənlərə qarşı təqibləri davam etdirdiyini qeyd edib: "Ərəb inqilablarından sonra Çin hökuməti hər bir tənqidi özünə qarşı təhlükə kimi görür".
XS
SM
MD
LG