Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:01

AXCP Gənclər Komitəsinin üzvləri sərbəst buraxılıb (Yenilənib)


Elnur Məcidli

Elnur Məcidli

Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsinə aparılan AXCP-çi gənclər qanunsuz aksiya keçirməyə cəhddə suçlansalar da heç kim bu barədə izahat yazmayıb. Nəhayət onlara şifahi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar. Əbülfəz Qurbanlının dediyinə görə gənclər Elnur Məcidliyə göndərmək üçün 15 kitab toplaya biliblər. Ə.Qurbanlı deyib ki, aksiyanı yenə də davam etdirəcəklər.

***
Fevralın 10-da AXCP Gənclər Komitəsinin bir qrup üzvü Fəvvarələr meydanında polis tərəfindən saxlanılaraq bölməyə aparılıb. Onlar İctimai Palatanın 2 aprel aksiyası ilə əlaqədar həbs edilənlərdən AXCP Gənclər Komitəsinin İctimai Əlaqələr üzrə koordinatoru Elnur Məcidli üçün kitab toplayırmışlar. Bu barədə AzadlıqRadiosuna AXCP Gənclər Komitəsinin rəhbəri Əbülfəz Qurbanlı məlumat verib:
“Elnurun həbsxanada kitab problemi var. Gənclər əllərində onun şəkili dayanıb kitab toplayırmışlar. Polis gəlib onları 9-cu bölməyə aparıb. Bölmənin əməkdaşları gəncləri nə səbəbə saxladıqları barədə bizə bir söz demir, gözləməyi tövsiyə edirlər”.
Hələ ki, polisdən məsələyə aydınlıq gətirilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG