Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:32

20 futbol klubu bir ilə 4,4 milyard avro qazanıb


Deloitte mühasibat şirkəti hər il futbol klublarının Football Money League adlı reytinqini hazırlayır.

Real (Madrid) 7-ci ildir ki, siyahıya başçılıq edir.

Real keçən il 479 milyon avro pul qazanıb.

Bu, keçən ildəkindən 9 faiz çoxdur.

Dünyada ikinci yerdə Barcelonadır. İlk dəfədir ki, Barcelonanın illik qazancı 450 milyon avronu keçib.

Sonrakı yerlərdə Manchester United, Bavariya, Arsenal, Chelsea, AC Milan, İnternasionale, Liverpool gəlir.

Gəlirdə ən böyük irəliləyişi Almaniyanın Shalke-04 klubu edib. 10-cu yerdə olan Shalke gəlirlərini 45 faiz artırıb.
İngiltərənin Tottenhem klubunun gəlirləri 36 faiz artıb.

Deloitte bildirir ki, bir ildə dünyada ən çox pul qazanan 20 klubdan 19-u Avropadadır.
20 klub bir ildə 4,4 milyard avro qazanıb.

Deloitte yalnız qazancı hesablayır.
Klubların borcları haqda heç nə deyilmir. Realın borcu təxminən 270 milyon avrodur.

Forbes Real klubunu 1 milyard 400 milyon avro dəyərində qiymətləndirir, O, Manchester Uniteddən sonra dünyanın ən bahalı klubudur.

Economist jurnalı yazır ki, klubların gəliri televiziya yayımından, reklamdan və oyunlardan gəlir. Real hər 3 mənbədən təxminən eyni qədər qazanır - 160 milyon avro.
Reklamdan Real qədər yalnız Bavariya qazanır.

Televiziyaya yayımından Barcelona Real qədər qazanır, ancaq reklamda geri qalır, oyunlardan gələn pulda isə Barcelona Realdan xeyli geri qalır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG