Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:07

Şəmkir rayonunun əhalisinin 60 faizi istilikxanalarda işləyir


Şəmkir rayonunda istilikxanaların sayı 3300-ü keçib.

Bu barədə Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Sabir Quliyev məlumat verib.

Sabir Quliyev deyir ki, ötən il daha 25 istixana salınıb və bununla da istixana salınan sahələrin ərazisi 500 hektarı keçib.

«İstilikxanalar həm özəl, həm də pay torpaqlarında salınıb. İstilikxanaların 70 faizində qazanxana sistemi var. İndiyədək fermerlər dövlət tərəfindən güzəştli şərtlərlə verilən mazutdan istifadə edirdilər. Artıq bu ildən qaz xəttinin çəkilməsinə başlanılıb. Qazın alınmasında da fermerlərə güzəştlər ediləcək».

Sahib Quliyev deyir ki, Şəmkir rayonunun əhalisinin 60 faizindən çoxu istilikxanalarda işləyir. Odur ki, rayondakı ümumdaxili məhsulun 74 faizi kənd təsərrüfatından əldə olunursa, onun 40 faizini istilikxanaların payına düşür.

Şəmkir rayonundakı istilikxanaların məhsulları həm daxili, həm də xarici bazarlara çıxarılır. Əsas satış məkanı Moskva bazarlarıdır.
XS
SM
MD
LG