Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:02

Suriyadakı qanlı toqquşmalarda 126 adam ölüb


Suriyada dünən hökumət qoşunları ilə etirazçılar arasında baş verən qarşıdurmada azı 126 adam ölüb.

Suriyalı hüquq müdafiəçilərinin verdiyi məlumata görə, hökumət qoşunları müxalifətçilərin olduğu nöqtələrə iri zərbələr endirir. 110 adam Homs əyalətinin Bab-amr məntəqəsinə endirilən zərbələr nəticəsində ölüb. 14 adam isə Dəməşq ətrafındakı atışmalarda həlak olub.

Almaniya dünən 4 suriyalı diplomatın ölkədən çıxarıldığını bəyan edib.

ABŞ, bir sıra Avropa və Ərəb ölkələri isə bundan əvvəl Dəməşqdəki səfirlərini geri çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG