Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:56
Prezident İlham Əliyev Azərbaycan poeziyasının klassiki Əhməd Cavadın 120 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam verib.

Sərəncamda deyilir ki, "Xalqımızın müstəqillik ideallarına bütün həyatı boyu sadiq qalan Əhməd Cavad Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Şairin zəngin yaradıcılığı milli azadlıq və istiqlal uğrunda mübarizə motivlərinin aparıcı mövqeyi ilə səciyyələnərək dövrün ictimai-siyasi mənzərəsini dolğun əks etdirir".

Prezident Mədəniyyət və Turizm, eləcə də Təhsil nazirliklərinə tapşırıb ki, Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Əhməd Cavadın 120 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

AzərTAc
XS
SM
MD
LG