Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:47
Azərbaycanda vergi ödəyicilərinin 70-80%-i öhdəliklərini vaxtında icra edir.
Ödəyicilərin 20-30%-i öhdəliklərini vaxtında icra etmir: «Belələrinə qarşı məcburi ödəniş tədbirləri görməmişdən əvvəl onlara borclarını ödəməyə köməklik etməyə çalışırıq, həmin şəxslər öhdəlikləri barədə məlumatlandırılır. Məlumatlandırma əməllərinə mobillə adi, ev telefonlarından isə səsli mesajların göndərilməsi də aiddir».

Bunu APA-nın məlumatına görə, Vergilər Nazirliyi Vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin rəisi İlkin Vəliyev bildirib.

İ.Vəliyev qeyd edib ki, borcların yığılması ilə yanaşı vergi ödəyicilərinin likvidlik və intizam səviyyəsi daimi qiymətləndirilir, o cümlədən borcların yaranmasının səbəbləri araşdırılır: «Böyük məbləğdə borcu olanlara daha çox diqqət yetirilir. Bu, həm büdcə ödənişləri baxımından vacibdir, həm də belə borclar daha çətin ödənilir».

İdarə rəisinin sözlərinə görə, bu sahədə maarifləndirmə tədbirlərinin rolu böyükdür: «Çünki elə borclar var ki, onların yığılması üçün çəkilən xərc bu borcdan daha çoxdur. Görülmüş işlər nəticəsində 2011-ci ilin əvvəlindən indiyədək borc məbləği 1000 manata qədər olan vergi ödəyicilərinin sayı 73%-dən 53%-ə düşüb».

VERGİ BORCLARINI YIĞMAQ ÜSULLARI

İ.Vəliyev bildirib ki, borclu ödəyicidən borcların alınması prosesi bildiriş göndərilməklə başlayır. Beş gün ərzində ödəniş olmadıqda, bank hesabına sərəncam qoyulur. Eyni zamanda vergi ödəyicisinin əmlakının siyahıya alınması tədbirləri də keçirilə bilər.

Vergi borclarının yığılması üçün üzbəüz söhbət üsulu da tətbiq edilir ki, onun nəticələri çox effektlidir. Vergi borcu olan 25 989 vergi ödəyicisinin 80%-i məhz bu üsulun tətbiqindən sonra öhdəliklərini qəbul edərək büdcəyə ödənişlər edib ki, bu da onlara qarşı əlavə tədbirlərin görülməsi ehtiyacını aradan qaldırıb.

Ən effektli tədbirlərdən biri borclu vergi ödəyicilərinin ölkədən getməsinin məhdudlaşdırılmasıdır. İ.Vəliyevin sözlərinə görə, bu üsul ən çox xarici iqtisadi fəaliyyət iştirakçısı olan yerli və xarici şəxslərə tətbiq olunur:
«Əsasən xarici fəaliyyətlə məşğul olan vergi borcu olan sahibkarların ölkəni tərk etməsi təhlükəsi olduğuna görə, 396 vergi ödəyicisinin xaricə çıxışının məhdudlaşdırılması barədə müvafiq orqanlara müraciət edilib və onların 61%-i borclarını ödədikləri üçün barələrində çıxarılmış qərarların icrası dayandırılıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG