Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:40
Xəzərin şimalından cənuba doğru hərəkət edən buz salları neft platformaları üçün ciddi təhlükə yarada bilər.

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Ramiz Məmmədov bildirib.

O qeyd edib ki, dənizin şimal hissəsi həmişə donur, bir qədər soyuq olanda bu Mahaçqala və Dərbəndə, lap soyuq illərdə isə Abşeron yarımadasına gəlib çatır.

Ramiz Məmmədov xəbərdarlıq edir ki, axın şimaldan cənuba doğru yönəldiyindən buz salları neft platformalarını mişar kimi kəsə bilər.

Mütəxəssis deyir ki, keçmiş Sovet hökuməti 1953-cü ildə bunun qarşısını almaq üçün buz sallarını bombalayaraq xırdaladı və mənə elə gəlir ki, indi Azərbaycanın müvafiq qurumları da buna hazır olmalıdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG