Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:52

Ban ki Moon: "Bashar Assad legitimliyini itirir"


Suriya hakimiyyəti Homs şəhərində hərbi əməliyyatları davam etdirir.

Müxalifət fəalları 30-dan çox adamın öldürüldüyünü deyirlər.

Hakimiyyət kütləvi informasiya vasitələrinə qadağa qoyduğundan bu məlumatları dəqiqləşdirmək mümkün olmur.

Məlumatlara görə ordu cümə axşamı şəhərin məhəllələrini tank və iri çaplı silahlardan atəşə tutub.

BMT-nin insan haqları üzrə idarəsinin rəhbəri Navi Pillay beynəlxalq aləmi Suriyada qan tökülməsi və kütləvi qırğınları dayandırmaq üçün qəti tədbirlər görməyə çağırıb.

Həmçinin təşkilatın baş katibi Ban Ki Moon Nyu-Yorkda jurnaslistlərə açıqlamasında zorakılıqları ittiham edib və Suriya prezidenti Bashar Assadı məsuliyyətli olmağa çağırıb.

Ötən il martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi aksiyalar keçirilir.

BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG