Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:08

519 köçkün ailəsi yeni evlərə köçürüləcək


Hacıkənddə yaşayan 519 məcburi köçkün ailəsi yeni evlə təmin olunacaq.

Bu barədə Qaçqınlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə bölməsinin sədri Süleyman Abbasov məlumat verib.

Bu ilin sonu Göygöl rayonunda evlərin tikintisinə başlanılacaq. 25 hektar ərazidə tikiləcək evlər hündürmərtəbəli olacaq.

S.Abbasov deyir ki, büdcə təsdiqlənmədiyindən hələlik nə qədər vəsait ayrılacağı bilinmir.

Gəncədə 15602 məcburi köçkün var. Onların 70 faizi yataqxanalarda yaşayır.

2009-cu ildə Xocalıdan olan 50 ailə Goranboyun Ağca kəndində salınmış qəsəbədə məskunlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG