Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:21

Korrupsiyada ittiham olunan baş həkim azadlığa buraxılıb


Narkoloji Dispanserin rüşvətxorluqda təqsirləndirilən baş həkimi Könül Vəliyevanın apellyasiya şikayəti təmin olunub.

Məhkəmənin qərarına əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla o, şərti olaraq 3 il müddətinə azadlıqdan məhrum edilib.

Baş həkim məhkəmə zalından azadlığa buraxılıb.

Könül Vəliyeva Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. O, vəzifə səlahiyyətindən sui-istifadə etməkdə və rüşvət almaqda ittiham olunur.
XS
SM
MD
LG