Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:26

Lerikdə 40-dan çox kənd işıqsız qalıb


Qarlı hava şəraiti Astara və Lənkəranın dağ ərazilərində vəziyyəti xeyli çətinləşdirib.

Çoxlu qar düşmüş kəndlərlə rayon mərkəzləri arasında nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Yollar buz bağlayıb. Bakı-Astara yolunda maşınların sayı azalıb.

Rayonlara elektrik enerjisinin verilməsində də fasilələr yaranıb. Yarımstansiyada transformatorun sıradan çıxması nəticəsində Lerik rayonunda 40-dan çox kənd işıqsız qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG