Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:22

Bir gündə 42 nəfər sürüşüb xəsarət alıb


Yolların donması səbəbindən fevralın 8-də sürüşüb yıxılanların sayı 42 nəfər olub. Onlardan 29-u xəstəxanaya yerləşdirilib.

Bu barədə AzadlıqRadiosuna Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov məlumat verib.

Dəm qazı ilə zəhərlənənlərin sayı isə 17 nəfər olub. Onlardan 11-i xəstəxanaya çatdırılıb, 6-sı isə ilkin yardımdan sonra evə buraxılıb.

Fevralın 8-də ümumilikdə Təcili yardıma 1262 nəfər müraciət edib. Onlardan 165 nəfəri xəstəxanaya çatdırılıb.
XS
SM
MD
LG