Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:48
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov yenə Ziyalılar Forumundan danışıb. Deputat «Yeni Azərbaycan» qəzetinə müsahibəsində deyib ki, «Bəziləri ziyalı adını alver predmetinə çevirməyə çalışır»:

«Azacıq savadı, qabiliyyəti, bacarığı olan insan öz adından danışar, başqasının adını istismar etməz».

S.Novruzov Ziyalılar Forumunda təmsil olunan bəzi şəxsləri cəmiyyətdə mövqeyi olmayan və özünə yer tapa bilməyən insanlar adlandırır.

S.Novruzov Ziyalılar Forumunun sonuncu müzakirələrinin gənclərə həsr olunmasına da toxunur:

«Orta nəsil bunların əməllərini, törətdiklərini çox gözəl bilir. Bu səbəbdən də onlar məcburdurlar ki, gənc nəslə müraciət etsinlər…».

Ziyalılar Forumunun üzvlərindən Eldəniz Quliyev isə «Azadlıq» qəzetinə deyib ki, «Siyavuş Novruzovun Rüstəm İbrahimbəyov kimi şəxsiyyətlər barədə fikir yürütməyə haqqı yoxdur…».

«Yeni Müsavat» qəzeti yazır ki, «Müsavatda başqan mövzusu kritikləşir».

Müsavat başqanının müşaviri Hüseyn Məlikin fikrincə, «İsa Qəmbər gedərsə, Müsavatda təlatümlər ola bilər».

Partiyanın nizamnaməsi bir nəfərin iki dəfədən artıq Müsavat başqanı seçilməsinə imkan vermir. Partiya məclisinin sədri Arzu Səmədbəyli deyir ki, qurultayda şəxsən o, nizamnamədəki həmin maddənin ləğvi təşəbbüsünü qaldıracaq:

«Biz İsa Qəmbərin fikrinin dəyişməsini istəmirik ki. Biz nizamnamənin dəyişməsini istəyirik».

«Azərbaycan» qəzetində Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun yazısı dərc edilib. O, deyir ki, əvvəlki illərə nisbətən 2011-ci ildə hüquq-mühafizə, məhkəmə, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətindən şikayətlər artıb:

«Razılıq məktubları ilə yanaşı, müəyyən məsələlərdə onların işlərindən narazılıq da bildirilir…».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG