Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:40
Dünyanın aparıcı mobil telefon istehsalçısı, Finlyandiyanın Nokia şirkəti 4 min işçisini ixtisar edəcək.

Bunlardan 2300 nəfəri Nokianın Macarıstandakı, 700-ü Meksikadakı, 1000-i isə Finlyandiyadakı zavodlarında ixtisar olunacaq.

Nokia öz bəyanatında bildirir ki, istehsalını Asiyaya çəkir ki, bazarlara yaxın olsun.

Hazırda mobil telefon bazarında Nokianın payı təxminən 25 faizdir. 2008-ci ildə bu pay 40 faiz idi.

Keçən ilin 4-cü rübündə Nokia özünün Lumia modelli 19,6 milyon telefonunu satıb.

iphone 4s

iphone 4s

Müqayisə üçün, bazarın eyni seqmentində - smartfonlarda dünya lideri olan Apple-in 4-cü rübdəki satışı 37 milyon telefondur.

İkinci yerdə Samsungdur- 36,5 milyon.

Nokia 2011-ci ili 1,2 milyard avro itki ilə başa vurub. Ondan bir il əvvəl Nokianın illik mənfəəti 1,8 milyard avro idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG