Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:12

Navi Pillay Suriyada əhalini qırğından xilas etməyə çağırır


BMT-nin İnsan haqları üzrə Ali Komissarı Navi Pillay Suriyada mülki əhalini qırğından qorumaq üçün təcili beynəlxalq hərəkətə çağırıb.

O deyib ki, BMT-nin Təhlükəsizlik Şurasının birgə və sərt cavab verə bilməməsi Suriya hökumətinin öz xalqını qırmaq hazırlığına dəstək verib.

Pillayın bəyanatı səsləndiyi vaxt Suriyada müxalifət etirazlarının mərkəzi olan Homs şəhərinə hökumət qoşunlarının hücumu davam edib.

Qoşunlar 5-ci gündür ki, tankların və artileriyanın köməyi ilə Homsda mülki əhali yaşayan yerləri intensiv atəşə tuturlar.
Homs
Homs


Məlumatlara görə, atəşə tutulan yerlər sünni məhəllələridir.

Məlum olduğu kimi sünnilər Suriyada əksəriyyətdir, Bashar Assad ailəsi isə ölkədə azlıq olan şiələrdəndir.

Londonda qərarlaşan İnsan Haqları üzrə Suriya Müşahidəsi adlı qrup bildirir ki, Homsda son bir sutkada 47 adam öldürülüb.

Fevralın 4-də isə Ərəb Liqasının təklif etdiyi sülh planı BMT-nin Təhlükəsizlik Şurasında Rusiyanın və Çinin vetosu ilə qəbul olunmadı.


Ahmet Davutoglu
Ahmet Davutoglu
Fevralın 8-də Türkiyənin xarici işlər naziri Ahmet Davutoglu Ankarada deyib ki, “İndi BMT-nin Təhlükəsizlik Şurası üzvləri Suriyaya düzgün mesaj göndərmək üçün iki dəfə fikirləşməlidirlər və yenidən fikirləşməlidirlər. Əgər Təhlükəsizlik Şurası bunu edə bilməsə, onda Suriyanın qonşuları, Türkiyə və Ərəb Liqası birlikdə Suriya xalqını dəstəkləyən yeni təşəbbüslə çıxış edəcək”.

Davutoğlu daha sonra deyib: “ Əgər BMT Təhlükəsizlik Şurası Suriyada mülki əhalinin yaşamaq haqqını qoruya bilmirsə, onda bunu müzakirə etmək üçün başqa platforma tapılmalıdır. Biz səssiz müşahidəçi ola bilmərik”.

Davutoğlu Suriya üzrə beynəlxalq konfrans keçirilməsinə çağırıb.
XS
SM
MD
LG