Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:33

BMT-nin insan haqları rəhbəri Suriyada mülki əhalini təcili qorumağa çağırır


BMT-nin İnsan haqları rəhbəri Navi Pillay Suriyada mülki əhalini qırğından qorumaq üçün təcili beynəlxalq hərəkətə çağırıb.

O deyib ki, BMT-nin Təhlükəsizlik Şurasının birgə və sərt cavab verə bilməməsi Suriya hökumətinin öz xalqını qırmaq hazırlığına dəstək verib.

Pillayın bəyanatı səsləndiyi vaxt Suriyada müxalifət etirazlarının mərkəzi olan Homs şəhərinə hökumət qoşunlarının hücumu davam edib.

Qoşunlar 5-ci gündür ki, tankların və artileriyanın köməyi ilə Homsda mülki əhali yaşayan yerləri intensiv atəşə tuturlar.
Məlumatlara görə, atəşə tutulan yerlər sünni məhəllələridir.
Məlum olduğu kimi sünnilər Suriyada əksəriyyətdir, Bashar Assad ailəsi isə ölkədə azlıq olan şiələrdəndir.

Londonda qərarlaşan İnsan Haqları üzrə Suriya Müşahidəsi adlı qrup bildirir ki, Homsda son bir sutkada 47 adam öldürülüb.

Fevralın 4-də isə Ərəb Liqasının təklif etdiyi sülh planı BMT-nin Təhlükəsizlik Şurasında Rusiyanın və Çinin vetosu ilə qəbul olunmadı.

Günün bütün mövzuları

XS
SM
MD
LG