Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:03

Avropa Birliyi Azərbaycana azad iqtisadi məkan təklif edəcək


Foto: Arxiv
Foto: Arxiv
Avropa Birliyi (AB) Azərbaycanı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması məsələsində dəstəkləyir.

Bu barədə jurnalistlərə AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib.

O deyib ki, AB Azərbaycanın ÜTT-yə üzv olmasından sonra ölkəyə azad iqtisadi məkan haqqında saziş imzalanmasını təklif etmək niyyətindədir.

Azərbaycan nümayəndə heyəti fevralın 24-də Cenevrədə ÜTT-nin işçi qrupu ilə çoxtərəfli danışıqların doqquzuncu raundunun və ikitərəfli danışıqların keçirilməsinə hazırlaşır.

Azərbaycan 1997-ci ildən ÜTT-də müşahidəçi statusunda təmsil olunur. Azərbaycan danışıqlara 2004-cü ildə qoşulub. Hazırda Azərbaycan ABŞ, Yaponiya, Braziliya, Ekvador, Şri-Lanka, Avropa İttifaqı, Norveç, Hindistan, Cənubi Koreya, Çinin Tayvan vilayəti, Kanada və İsveçrə ilə danışıqlar prosesindədir.

İndiyə qədər Azərbaycan Türkiyə, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstanla danışıqları başa çatdırıb və protokollar imzalanıb. /Trend/
XS
SM
MD
LG