Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:30

Pis hava şəraiti Avropa Birliyi ilə danışıqları pozdu


Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqların təxirə salınmasına pis hava şəraiti səbəb olub.

Bunu jurnalistlərə açıqlamasında AB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia deyib. O bildirib ki, danışıqlara mane olacaq başqa bir səbəb yoxdur.

İlk danışıqlar bu ayın sonunda keçirilməlidir. Tarix hazırda dəqiqləşdirilir.

Xatırladaq ki, ilk danışıqların fevralın 7-də keçirilməsi planlaşdırılırdı. /apa/
XS
SM
MD
LG