Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:02

Namiq Rəssam. Dövr yazılmırsa, dövr yoxdur!


Namiq Rəssam


YAZI BİGANƏLİYİ

Dövr yazılmalıdır, əks halda dövr yoxdur.

Yəqin ki, siz də dəfələrlə bu cür ifadələr eşitmisiz: “Əsl yazıçı, əsl şair odur ki, bütün dövrlərdə müasir hesab olunsun”, “Şair gərək Sabir kimi ola, hər dövrdə oxunaqlı...”, “Yalnız dövrü üçün yazanlar heç zaman geniş müstəviyə çıxa bilmirlər.” Amma nədənsə bu sözləri deyənlər, “2-in var olması üçün, 1-in mütləq olması” prinsipini unudur və ya özlərini unutqanlığa vururlar. Ən doğrusunu Haqq bilir.

Mən əminəm ki, biz, bu gül qoxulu məmləkətin “özünə güvənən” yazıçıları, böyük bir zəlalət içindəyik. Bu məni yazıçı kimi deyil, insan kimi qorxudur.

Dövrün Azərbaycan yazıçısı günahkardır! Çünki, o ilk növbədə yazmalı olduğu dövrünü, ölkəsinin içində və dışında baş verənləri və cəmiyyətinin baş verənlərə reaksiyasını yazmağa “biganəlik”lə yanaşır. Bunun əvəzində saytları, qəzetləri Koelyonun, Markesin, Dostoyevskinin, mən nə bilim kimin romanlarına yazılmış “romandan böyük, lətifədən kiçik”, hərcayi köşə yazıları, bir də özünün mənasız seks macəraları ilə doldurub-dolayır, bağrına daş basır, gününü gününə satır. Ona görə də, günahkarların günahkarıdır, əfəndim!

Elə düşünməyin ki, yaxamı kənara çəkmək istəyirəm. Əsla! Mən də ən azından onlar qədər dövrümdən sorumlu və günahkaram. Həqiqət birdir. Dövrünü yazırsan ki, dövrünü yaradasan. Yarada bilirsənsə, yazırsan, bilmirsənsə nə sən yazırsan, nə səni yazırlar. Beləcə, “doğulmadan ölmək” buna deyirlər.

Yazıçı yaşadığı cəmiyyətinin görən gözü, dərdinə dərman olmalıdır.

Əgər çağdaş Azərbaycan yazıçısı Misirdən, Liviyadan, Tunisdən, Qəddafidən yazmayıbsa, gələcəkdə belə anlaşılacaq ki, Azərbaycan dünyadan və onun gərdişindən agah olmayıb. Axı, bizdən sonra gələcək N saylı nəsillər haradan biləcəklər ki, onların ölmüş babaları özləri qəfəsdə yaşaya-yaşaya diktaturanı qarğışlayıb, ya alqışlayıblar? Bax, əsl faciə budur!

“Dövr yazılmalıdır, əks halda dövr yoxdur.” Ortada olan bu həqiqəti isə, 2 tərəf anlamağa təhkimlidir. Dövrlü və ya dövrsüz cəmiyyəti idarə edən hakimiyyət, dövrü var edib onu dövrlərə calayan yazıçı, jurnalist.

Gücə yiyələndiyi andan etibarən, aktiv gəncliyi passiv qocalığa, ahıllığa dəyişməyə çalışan, həbsxanalarını siyasi fəallarına “doğma ev” edən, sosial ədaləti saqqız kimi çeynəyən, mədəni işğalı “tolerantlıqla” qarşılayan , oliqarxlar yığını olan hakimiyyət dövrün yazıya köçürülməsini, yazılmasını, var olmasını istəyərmi? Təbii ki, istəməz və dövrü var edib onu dövrlərə calayan yazıçını, jurnalisti pulla, evlə, mükafatla tənbəlləşdirib, qullaşdırar.
Dövr yazılmalıdır, dövr yoxdusa, dövrlər də yoxdur. Həmçinin öz dövrünü yazan hər dövrdə aktualdır, hər dövrdə maraqlıdır.

İnsanını sevən yazısına biganə yanaşmasın!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG