Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:46

Avropa və ərəb ölkələri Suriyadakı səfirlərini geri çağırırlar


Bir sıra Avropa və Fars körfəzi Əməkdaşlıq Şurası ölkələri Suriyadakı səfirlərini geri çağırırlar.

6 körfəz ölkəsi çərşənbə axşamı Suriyadakı səfirlərini geri çağıracaqlarını bəyan ediblər.

Həmçinin İtaliya, Fransa və İspaniya, ABŞ və Böyük Britaniyanın ardınca eyni addımı atırlar.

Qeyd edək ki, Birləşmiş Ştatlar bazar ertəsi Dəməşqdəki səfirliyini müvəqqəti bağlayıb.

Rusiyanın xartici işlər naziri Sergey Lavrov bu gün Dəməşqdə prezident Bashar Assadla görüşüb.

Lavrovun sözlərinə görə, Bashar Assad ölkədə zorakılığın dayandırılması və yaxın vaxtlarda konstitusion islahatlarla bağlı milli referendumun vaxtını təyin etmək fikrindədir.

O həmçinin qeyd edib ki, Suriya prezidenti ölkədəki bütün siyasi qüvvələrlə danışıqlara hazır olduğunu bildirib.

Ötən il martın ortalarından bu yana Suriyada prezidentin istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət rəzində 5 mindən çox aqdamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG