Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:20

Vasif Talıbov Naxçıvanda arı ailələrinin sayının artdığını bildirib


-


Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisinizsə, «Şərq qapısı» qəzetini oxuyun!


ŞƏRQ QAPISI
30.12. 2011. sayı: 246(20.404)

DÖRDÜNCÜ ÇAĞIRIŞ NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN DÖRDÜNCÜ SESSİYASINDA NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN SƏDRİ VASİF TALIBOVUN MƏRUZƏSİ

...Bu gün Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası sürətli inkişaf yolundadır. Bu inkişaf, iqtisadi və ictimai – siyasi sabitliyin təmin olunması ulu öndər Heydər Əliyevin siyasətinin davam və inkişaf etdirilməsi, Heydər Əliyev yoluna və onun quruculuq xəttinə sədaqət nəticəsində mümkün olmuşdur. Ümummilli liderimizin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişaf tarixində yeni mərhələ başlanmışdır...
...Ölkə başçısı cənab İlham Əliyev demişdir: “Naxçıvanda çox böyük quruculuq işləri aparılır. Burada gedən quruculuq – abadlıq işləri, yeniləşmə, infrastruktur layihələri – bütün bunlar göstərir ki, Azərbaycanın qədim torpağı Naxçıvan çox sürətlə inkişaf edir və naxçıvanlılar ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini verirlər...”
...2011-ci ildə arıçılıqla məşğul olan təsərrüfat subyektlərinin sayı artaraq 2 min 850-yə çatmışdır. Bu isə öz növbəsində arı ailələrinin sayının və bal istehsalı həcminin də artması ilə nəticələnmişdir.

DÖRDÜNCÜ ÇAĞIRIŞ NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN DÖRDÜNCÜ SESSİYASI KEÇİRİLMİŞDİR

Dekabrın 29-da dördüncü çağırış Naxçıvan Muxtar Respublika Ali Məclisinin dördüncü sessiyası keçirilmişdir. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilmişdir:

1. 2011-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial – iqtisadi inkişafının yekunları.
2. Naxçıvan Muxtar Respublikasının 2012-ci ildə dövlət büdcəsinin təsdiq edilməsi.
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsinin təsdiq edilməsi.
4.Naxçıvan Muxtar Respublikasının İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) haqqında Qanununda dəyişiklik edilməsi.
5. Naxçıvan Muxtar Respublikasının İnsan Haqları üzrə Müvəkkilin hesabatı...

XS
SM
MD
LG