Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:19

Əfqanıstanda mühavizəçi 5 həmkarını güllələyib


Əfqanıstanın Qəndəhar şəhərində özəl mühavizə şirkətinin əməkdaşı 3 əməkdaşı və 2 əfqan polisini güllələyib.

Həmçinin atışma zamanı şirkətin 5 əməkdaşı yaralanıb.

Hadisə ötən gecə baş verib.

Bu barədə çərşənbə axşamı yerli rəhbərliyin nümayəndəsi məlumat verib.

İnsident barədə əlavə məlumat verilmir.

Əfqanıstan hökuməti martın 20-dən ölkədəki özəl mühavizə şirkətlərinin fəaliyyətini dayandırmaq qərarına gəlib.

Onların funksiyasını dövlət təhlükəsizlik idarəsi yerinə yetirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG