Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:07

Yunanıstanda 24 saatlıq tətildir


Yunanıstanda hökumətin gördüyü kəskin iqtisadi tədbirlərə etiraz olaraq 24 saatlıq tətil keçirilir.

Hökumət bu il dövlət sektorunda 15 min iş yerini ixtisar etmək fikrindədir.

Çərşənbə axşamı bir sıra məktəblər, nazirliklər, xəstəxana və banklarda iş dayandırılıb,
Afinada metro və avtobusların hərəkətində məhdudiyətlər yaranıb.

Həmçinin hava reyslərinin təxirə salınacağı gözlənilir.

Avropa Birliyi, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu Yunanıstana 130 milyard avro kredit vermək əvəzində ölkə rəhbərliyindən kəskin iqtisadi tədbirlər görülməsi, büdcə xərclərinin azaldılmasını tələb edirlər.

Məlumatlara görə, əgər Yunanıstana kredit verilməsə martın 20-də ölkədə defolt baş verə bilər.
XS
SM
MD
LG