Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:03

Avropa Azərbaycanın qaz nəqli qərarını 2-3 aya verəcəyini gözləyir


Avropa Birliyinin enerji məsələləri üzrə komissarı G.Oettinger bildirib ki, Azərbaycanın yaxın iki-üç ayda Avropaya qaz nəqlinin marşrutları ilə bağlı qərar qəbul edəcəyini gözləyir.

“Reuters”in xəbərinə görə, G.Oettinger qeyd edib ki, hansı layihənin seçilməsi ilə bağlı qərarı investorlar və qaz sahibi olan ölkələr qəbul etməlidir.

O deyib ki, Nabucco kəmərinin seçilib-seçilməyəcəyi açıq qalır, ancaq əlavə edib ki, : "məni istənilən boru kəməri layihəsi təmin edir”.

«Sahdəniz» konsorsiumu Azərbaycan qazının Avropaya nəqli ilə bağlı 4 nəqletmə layihəsini nəzərdən keçirir. Bunlar “Nabucco”, “TransAdriatic Pipeline” (TAP) və ITGI (Trkiyə-Yunanıstan-İtaliya), eləcə də BP-nin təqdim etdiyi Cənubi Avropa boru kəməri layihələridir.
XS
SM
MD
LG