Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:16

Azərbaycandan Türkiyəyə təbii qazın nəqli dayanıb


«Şahdəniz» platforması

«Şahdəniz» platforması

BP şirkəti «Şahdəniz» platformasında bütün nəzərdə tutulmuş işləri tam başa çatdırıb və quyuların açılmasına hazırlaşır.

Bu barədə «Trend»ə şirkətdən bildirilib.

***

Azərbaycan «Şahdəniz» platformasında yaranan texniki səbəblərdən «Cənub dəhlizi» üzrə Türkiyəyə qaz tədarükünü dayandırıb.

«BP-Azerbaijan» şirkətindən «Trend»ə bildiriblər ki, «Şahdəniz» platformasının elektrik təchizatı sistemində aparılan profilaktik tədbirlər zamanı platformanın dayandırılmasının avtomatik sistemi işə düşüb. Dörd quyunun hamısında hasilat dayandırılıb. Fevralın 7-si axşam istehsalat işləri əvvəlki rejimdə bərpa ediləcək.

«Şahdəniz» yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) – 25.5%, «Statoil» - 25.5%, NICO - 10%, «Total» - 10%, «LUKoil» - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

«Şahdəniz»in ehtiyatları 1.2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG