Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:12

Human Rights Watch İranı ərəb əsilli vətəndaşlarını saxlamaqda tənqid edir


Human Rights Watch bildirib ki, İran hakimiyyəti 2011-ci ildən bəri əhalisinin əksəriyyəti ərəb olan Khuzestan vilayətində təhlükəsizlik məsələləri ilə bağlı 65 adamı ittiham edib.

ABŞ-da yerləşən Human Rights Watch fevralın 7-də İran hakimiyyətini Kəşfiyyat İdarəsində ölən iki nəfərlə bağlı araşdırma aparmağa çağırıb.

Qurumun Yaxın Şərq üzrə direktor müavini Joe Stork deyib ki, İran hakimiyyəti həbslərin səbəbilə bağlı təcili açıqlama verməli və onların hüquqlarını təmin etməlidir.

Human Rights Watch deyir ki, neftlə zəngin Khuzestan vilayətində əhali regionda sosial-iqtisadi inkişafın yetərli olmamağından şikayətlənirlər. Sakinlər bildirirlər ki, Tehran mütəmadi olaraq onlara qarşı ayrı-seçkilik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG