Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:37

Fələstində Həmasla Fəth birgə hökumət quracaq


BMT-nin baş katibi Ban Ki-Moon Fələstin Muxtariyyatının prezidenti Mahmid Abbası İrsaillə danışıqları tərk etməməyə çağırıb.

Bu müraciətdən əvvəl Abbas və onun Fəth hərəkatı rəqib Həmasla hakimiyyəti birgə idarə etməyə razılaşıb. Dohada imzalanan razılaşmaya əsasən Həmas və Fəth mayda keçiriləcək seçkidən əvvəl müvəqqəti hökumət quracaq. "Doha Bəyannaməsi" ötən ilin aprelindən barışığa nail olmaq üçün edilən cəhdlərin nəticəsidir.

İsrail baş naziri Benjamin Netanyahu Mahmud Abbasa xəbərdarlıq etmişdi ki, o, ya İsraillə, ya da Həmasla sülh əlaqəsi qursun.

Həmas İsraillə danışıqları rədd edir və ölkədə saysız-hesabslz hücumlara başlayıb.
XS
SM
MD
LG