Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:08

Dickensin yubileyinə şahzadə də qatılacaq


Charles Dickens
Charles Dickens
Fevralın 7-də Britaniyada Charles Dickensin anadan olmasının 200-cü ili qeyd olunur. O, təntənəli şəkildə ən yaxşı ingilis dilli yazıçılardan biri elan edilib.

Tədbirlər ölkənin hər yerində, o cümlədən, Londonda Dikkensin qəbri olan "Westminster Abbey"də taxt-tac varisi şahzadə Charlesin iştirakı ilə keçiriləcək.

Dickens 1812-c ildə fevralın 7-də İngiltərənin cənub sahillərində, Portsmouth şəhərində anadan olub. O, çoxsaylı hekayələr, pyeslər və romanlar müəllifidir.

Dickens Azərbaycan oxucuları arasında "Oliver Tvistin məcaraları" əsəri ilə məşhurdur.

Dickensin əsərlərindəki bədii material onun öz təcrübəsindən qaynaqlanıb. Yazıçının atası borc üstündə həbsxanaya atılıb, uşaqlığı kasıblıq içində keçib.
XS
SM
MD
LG