Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:47

YAP-ın prezidentliyə namizədi, müxalifətçilərin Heydər Əliyevə can borcu...


Foto: Arxiv

Foto: Arxiv

«YAP-IN PREZİDENTLİYƏ NAMİZƏDİ İLHAM ƏLİYEV OLACAQ»

Bunu «Bizim yol» qəzetinə YAP icra katibinin təşkilat məsələləri üzrə müavini Siyavuş Novruzov deyib: «Yeni Azərbaycan Partiyasının prezident seçkilərində namizədi İlham Əliyev olacaq. Bu, Yeni Azərbaycan Partiyasında təmsil olunan 600 minə yaxın insanın yekdil qərarıdır…».

AZƏRBAYCAN DEMOKRATİK İNKİŞAF YOLUNDA İRƏLİLƏYİR

«Yeni Azərbaycan» qəzeti prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransındakı çıxışına yer ayırıb. Prezident deyib ki, «bizdə söz azadlığı vardır. Bizdə din azadlığı vardır. Nəhayət, bizdə azad internet vardır…».

«ALMAN TELEKANALI AZƏRBAYCAN HAKİMİYYƏTİNİ BİABIR ELƏDİ»

«Azadlıq» qəzeti yazır ki, Almaniyanın 1-ci telekanalı «ARD» Azərbaycanda «Eurovision» hazırlığı və bu kontekstdə ölkədə insan haqlarının vəziyyətindən bəhs edən süjet yayımlayıb. Süjetdə əhalinin mülklərinin necə sökülməsi, müxalifətin keçirdiyi mitinqləri polisin necə dağıtmasını göstərən süjetlər nümayiş etdirilib. Reportajda deyilir ki, Azərbaycan rəhbərliyi media nümayəndələrinə, o cümlədən ölkədə fəaliyyət göstərmək istəyən əcnəbi jurnalistlərə məhdudiyyətlər tətbiq edir.

İŞIQDAN QAÇAN NARINCI ZÜLMƏT

«Azərbaycan» qəzeti yazır ki, «Heydər Əliyev yalnız Azərbaycan dövlətini, Azərbaycan xalqını, Azərbaycanın neftini, Azərbaycanın gələcəyini xilas etmədi! Bu gün İsa Qəmbərin, Əli Kərimlinin, Pənah Hüseynin, Arif Hacıyevin və digərlərinin Heydər Əliyevə ən azından bir can borcları var! Onları Surət Hüseynovun «Azadlıq meydanında» qurduğu dar ağacından Heydər Əliyev xilas etdi!..».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG