Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:52

Yollar buz bağlayıb, polis sürücülərə müraciət edib


Azərbaycanda havaların kəskin soyuması ilə əlaqədar Respublika Baş Dövlət Yol Polisi İdarəsi növbəti dəfə sürücülərə və piyadalara müraciət edib.

İdarənin şöbə rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, ölkə ərazisində bütün yolların hərəkət hissəsində buzlaşma gedir: “Əsas problem isə Qusar rayonu ərazisində Rusiya ilə həmsərhəd olan yollardadır. Lakin buna baxmayaraq bütün magistral yollarda nəqliyyatın hərəkəti davam edir”.

K. Əliyev sürücüləri yollarda texniki cəhətdən nasaz avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırıb: “Sürücülərdən xahiş olunur ki, mövsümü qış şinləri ilə təchiz olunmamış minik avtomobillərindən mümkün qədər istifadə etməsinlər. Qarlı, buzlu yollarda idarəetmə təcrübəsi olmayan sürücülər avtomobilləri idarə etməsinlər. Nəqliyyat vasitəsini idarə edən digər sürücülər isə sürət həddinə və ara məsafəsinə diqqət yetirsinlər. Piyadalar isə müəyyən olunan yerlərlə hərəkət etsinlər”.

Şöbə rəisi ötən gün Azərbaycan ərazisində 10 yol nəqliyyat hadisəsinin qeydə alındığını deyib: “Qəzalar nəticəsində 1 nəfər ölüb, 12 nəfər isə yaralanıb. Qəzalardan ikisi piyadanın vurulması, beşi toqquşma, üçü isə aşma nəticəsində baş verib. Qəzaların üçü Bakı şəhərində baş verib. Həmin qəzalar nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb” .

Günün bütün mövzuları

XS
SM
MD
LG