Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:22

77 nəfəri öldürən Breivik qəhramanlığa görə medal və sərbəst buraxılmaq istəyir


Norveçdə ötən ilin iyulunda 77 gənci öldürən millətçi Anders Breivik məhkəmədən azad olunmasını tələb edib. 32 yaşlı Breivik Osloda fevralın 6-da keçirilən məhkəmə prosesinə hazırlıq iclasında bildirib ki, qətllərə görə ona medal vermək lazımdır, nəinki həbs eləmək.

Breivik Osloda dövlət binasına bombalı hücum təşkil elədiyi və Utoya adasında qarşısına çıxan gəncləri öldürdüyünü etiraf eləyib və ölkəsini gəlmələrə qarşı işğaldan qorumaq naminə bu addımı atdığını iddia eləyir. Onun məhkəməsi aprel ayında başlanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG