Keçid linkləri

2024, 26 May, bazar, Bakı vaxtı 10:15

Gürcüstandakı azərbaycanlı gənclər mədəniyyət saytı açdılar


yeninefes.ge
yeninefes.ge
Gürcüstandakı azərbaycanlı gənclər Yeninefes.ge adlanan müstəqil mədəniyyət portalı açıblar.

Portalı yaradanlar “Haqqımızda” bölümündə qeyd edirlər ki, onlar “Gürcüstanda və dünyada baş verən mühüm mədəni hadisələri azərbaycandilli oxuculara çatdırmaq, gənc istedadların kəşfi, onların yaradıcı potensialının üzə çıxması, yaradıcılığının inkişafı üçün şərait yaratmaq missiyasını öz üzlərərinə götürüblər.

Təsisçilər Coşqun Cəfər və K. Emil-dir.

“Gürcüstanda baş verən ən aktual hadisələr barədə xəbərləri, araşdırmaları, təhlil və tənqidləri, təhsil haqqında ən yeni məlumatları da yeninefes.ge-də oxuya bilərsiniz.

Yeninəfəs.ge müstəqil portaldır. Heç bir siyasi partiyaya, quruma, QHT-yə bağlı deyil, heç bir təşkilatın hədəflərini, maraqlarını həyata keçirmək üçün yaradılmayıb” – deyə portalın təsisçiləri bildirlər.
XS
SM
MD
LG