Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:07

Kılıçdaroğlu: “AKP hökuməti ərəb ölkələrinə model ola bilməz”


Kamal Kılıcdaroğlu
Kamal Kılıcdaroğlu
.
Qərb mətbuatından seçmələr


Türkiyənin ana müxalifət lideri Kamal Kılıçdaroğlu fevralın 6-da “Washington Post” qəzetində çap olunan məqaləsində yazır ki, islami köklərə malik Ədalət və İnkişaf Partiyası inqilabların baş verdiyi ərəb ölkələri üçün model ola bilməz.

Kılıçdaroğluya görə, AKP-nin demokratik idarəçilik modeli olması ona görə mümkün deyil ki, ərəb ölkələrinin xalqları insan azadlıqlarının, mətbuat azadlığının olduğu quruluş uğrunda mübarizə apardıqları halda, Ərdoğan hakimiyyəti əksinə bütün bu sahələrdə geriləyir.

Kılıçdaroğlu yazır ki, indi ölkədə onlarla jurnalist, hərbçi, alim həbsdədir.

Onları məhkəməsiz-filansız illərdi həbsdə saxlayırlar və gizli terror şəbəkəsi yaratmaqda şübhəli sayırlar.

Kılıçdaroğlu qeyd edir ki, hakim rejim terror ittihamından öz opponentlərini susdurmaq üçün istifadə edir.

SAAKAŞVİLİNİN SEÇİMİ

“Washington Post”dakı başqa bir məqalə “Saakaşvilinin seçimi” adlanır.

Məqalədə deyilir ki, indiyəcən Gürcüstan prezidenti Mixeil Saakaşvili ABŞ-da həm demokratların, həm də respublikaçıların dəstəyinə malik olub.

Amma əgər Washington Gürcüstanda qarşıdan gələn parlament və prezident seçkilərindən nəticə çıxarsa ki, səsvermə ədalətli olmayıb və hakimiyyət demokratik qaydada ötürülməyib, onda Gürcüstanın ABŞ ilə problemi yaranacaq. Obama ikinci müddətə seçilsə də, seçilməsə də.

“Washington Post” qəzeti bunu Baş məqaləsində yazır.

ABŞ-da səfərdə olan Gürcüstan prezidenti qəzetin redaktor heyətilə də görüşüb.

Qəzet yazır ki, Obama indiyəcən Saakaşvilini müəyyən məsafədə saxlayırdı.

Amma bu günlərdə Saakaşvilini Ağ evdə qəbul edib.

Bu həm onunla bağlıdır ki, Gürcüstan öz veto hüququndan istifadə edərək Rusiyanın
Obama Saakaşvilini Ağ evdə qəbul edir. 3 yanvar, 2012
Obama Saakaşvilini Ağ evdə qəbul edir. 3 yanvar, 2012
Dünya Ticarət Təşkilatına qəbul edilməsinə maneçilik törətməyib.

Həm də “Bizim uşağı avtobusun altına itələdin” deyə Obamanı Rusiyanın təzyiqləri qarşısında Saakaşviliyə yetərincə dəstək verməməkdə günahlandıranların arqumentini bu görüşlə neytrallaşdırmaq cəhdi ilə.

Amma qəzet yazır ki, son illər Saakaşvilini həm də prezidentlikdən gedəndən sonra putinsayağı baş nazirliyi ələ keçirəcəyi haqda gümanlar səslənir.

Buna əsas verən həm də odur ki, Saakaşvilinin dəstəyilə qanunlarda prezidentin səlahiyyətlərini azaldan, baş nazirin səlahiyyətlərini isə artıran islahat aparılıb.

İndiyəcən Saakaşvili Putin variantına əl atıb-atmayacağı haqda sualdan yayınıb.

İSRAİL İRANI VURARSA...

Harvard Universitetinin professoru Niall Ferguson isə “Newsweek” jurnalında yazır ki, İsrailin İrana mümkün aviazərbələrinin onsuz da böhran vəziyyətində olan dünya iqtisadiyyatını çökdürəcəyi haqda arqumentlərlə razı deyil.

O qeyd edir ki, birincisi, zərbələrdən sonra İranın Hörmüz boğazını bağlayacağı və neftin barrelinin 200 dollara qalxacağı elə bir ciddi təhlükə deryil.

Əvvəla, Amerika regiona 3 təyyarədaşıyan gəmi göndərib və İranın boğazı bağlamasının qarşısını asanlıqla ala bilər.

Digər tərəfdənsə neft qıtlığı yaranarsa, Səudiyyə Ərəbistanı bu boşluğu doldurmağa hazırdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG