Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:20

ABŞ İranın bütün varidatını dondurur


ABŞ-ın İranın bütün vəsaitlərini dondurur. Prezident Barack Obama fevralın 6-da imzaladığı sərəncamla İranın istənilən şirkətinin Amerika bankları və xarici filiallarındakı hesablarının dondurulmasına qərar verib.

Obama bildirib ki, İran şirkətlərinin istənilən əməliyyatları Tehranın beynəlxalq aləmi təhlükəyə atan fəaliyyətini maliyyələşdirməyə yardım edə bilər və bu cür risk qəbuledilməzdir.

Sanksiyalar ötən ilin sonunda Konqresdən keçmişdi. Və sonra Avropa Bİrliyi də oxşar sanksiyalar tətbiq edir.

İran isə nüvə proqramında mübahisəliu heç nə olmadığını, dinc məqsədli olduğunu bildirir.
XS
SM
MD
LG