Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:56
Fransanın kino mütəxəssisləri Aleksandr Düma haqqında filmin çəkilişlərinə hazırlıq məqsədi ilə Bakıya gəliblər.

Bu xəbəri Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin müdiri Cahangir Məmmədova istinadən APA yayıb.

Nazirlik yetkilisinin bildirdiyinə görə, bu gün qonaqlarla --JanPier Dublyer (Jean Pierre Dubilier) və Stefani Laşevrlə (Stephanie Lachevre) görüş keçirilib.

Jan Pier Dublyer filmin ssenari müəllifi və rejissoru, Stefani Laşevr isə filmin koordinatorudur.

Azərbaycanda olduqları müddətdə qonaqlar Aleksandr Dümanın olduğu yerləri gəzəcək və müşahidə aparacaqlar.

J.P.Dublyer bu təəssüratlarından ssenaridə istifadə edəcək.

Onlar Azərbaycandan olan bələdçi Fuad Axundovla birgə Bakı, Sumqayıt, Qusar, Şamaxı, Şəki zonasına gedəcəklər.

Fransız kino mütəxəssislərin Azərbaycana səfərinin üç gün davam edəcəyi bildirilir.

Xatırladaq ki, Aleksandr Düma haqqında film çəkmək ideyası Fransanın tanınmış aktyoru Jerar Departyedən gəlib.

O bu təklifi ötən il Bakıda səfərdə olanda səsləndirmişdi.

Aleksandr Düma-Ata (1802-1870) dünya ədəbiyyatına “Üç Muşketyor”, “İyirmi il sonra”, “Qrafinya de Monsoro”, Qraf Monte-Kristo”, “Kraliça Marqo” və s. məşhur romanlarla daxil olub.

1858-ci ilin iyunundan 1959-cu ilin fevralınadək –8 ay Rusiyada səfərdə olub.

Onun 3 ayını Qafqazda, 40 gününü isə Azərbaycanda keçirib.

Dərbənd, Quba, Şamaxı və Şəkidə olub.

“Qafqaz səfəri adlı kitab yazıb.

Həm yol qeydlərini qələmə alıb, həm də gəzdiyi yerlərin tarixi, etnoqrafiyası barədə məlumat verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG