Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:15

Mən niyə anti-putinçi oldum?


Vitaly etiraz aksiyalarına dostlarıyla birlikdə gəlir

Vitaly etiraz aksiyalarına dostlarıyla birlikdə gəlir

-

MƏN NİYƏ ANTİ-KREMLİN AKSİYASINA GƏLMİŞƏM?


Bu suala cavab tapmaq üçün AzadlıqRadiosunun müxbiri Tom Balmforth Moskvanın küçələrinə çıxıb, anti-Putin aksiyalarında iştirak edən insanlarla görüşüb.
Ad: Vitaly
Yaş: 21
İxtisas: Məsləhətçi (bank)
Vitaly deyir ki, soyuqdan donmamaq üçün papağına minnətdardı. O əlavə edir ki, Rusiyanın baş naziri Vladimir Putini heç zaman sevməyib və parlament seçkilərində liberal Yabloko partiyasına səs verib: «Ölkədə baş verənlər məni qane etmir və mən bura gəlməklə insanlarla həmrəylik nümayiş etdirirəm».
Ad: Roman
Yaş: 23
İxtisas: Mühəndis
Roman mitinqə kloun geyimində gəlib

Roman mitinqə kloun geyimində gəlib

«Mitinqə kloun geyimində gəlmişəm. Çünki, bizim əziz hökumət ölkəni sirkə çevirib»- deyən Moskva sakini Romandı.

Roman deyir ki, dekabrda keçirilmiş seçkilər legitim deyil və o martın 4-də keçirilməsi planlaşdırılan prezident seçkilərinin azad və ədalətli keçməsinə şübhə edir. O deyir ki, 2004-cü ildə dostlarıyla birgə Putinin prezident olması üçün səs veriblər: «Putin uzun müddət sükan arxasında olub və onun üçüncü müddət Kremlin rəhbəri olması həddən artıq çox ola bilər».
Ad: Vladimir
Yaş: 32
İxtisas: İnternet layihələri üzrə marketinq direktoru
Vladimir deyir ki, o hər zaman Putinə müxalif olub və bəzən müxalifətin icazəsiz «Strategiya 31» aksiyalarında iştirak edib. Vladimirin sözlərinə görə, etiraz edənlərin çox olması onu xoşbəxt edir. O mitinqə uşaqlıq dostlarıya birlikdə gəlib.

Ağ rəngli paltarlar geyinən gənclərin əllərində etiraz hərəkatının simvolu olan ağ lentlər var: «Azad və ədalətli seçki üçün bura gəlmişik. Biz vətəndaşlara hörmət edilməsini istəyirik».
Ad: Evgeny
Yaş: 31
İxtisas: Reklamçı
Əlillərin hüquqlarını müdafiə edən QHT rəhbəri

Əlillərin hüquqlarını müdafiə edən QHT rəhbəri


Evgeny deyir ki, hər zaman Putin və keçmiş prezident Boris Yeltsinə müxalif olub. O 1990-cı ildə keçirilmiş seçkilərdə kommunist lideri Gennady Zyuganovu dəstəkləyib və indi də düşünür ki, Zyuganovun rəhbəri olduğu Kommunist Partiyasının cavanlaşdırılması vacibdir.

Hal-hazırda Rusiyada sol düşüncənin populyarlaşdığını deyən Evgeny azad seçkilərin keçirilməsini istəyir.
Ad: Gennady
Yaş: 51
İş: Əlillərin hüquqlarını müdafiə edən QHT rəhbəri
«Mən ədalətsiz seçkilərə və saxtakarlığa qarşıyam. Mən normal, demokratik ölkədə yaşamaq istəyirəm» Gennady deyir. O, Putinin üçüncü müddət prezident seçilmək istəyinə qarşı çıxır:
«Düşünürəm ki, islahatlar üçün 2 müddət bəs edirdi amma bu müddət ərzində adi insanlar üçün heç bir şey dəyişmədi».

Gennady deyir ki, qarşıdan gələn prezident seçkilərində Yabloko lideri Grigory Yavlinsky dəstəkləmək istəyirdi, amma Yavlinsky qeydə alınmayıb: «Çox güman kommunist lider Zyuganovu dəstəkləyəcəm».

Günün bütün mövzuları

XS
SM
MD
LG