Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:09
Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik konfransında Almaniya Xarici Siyasət və Təhlükəsizlik İnstitutunun direktoru Volker Perthes-in səsləndirdiyi sualı şərh edərkən 8 illik prezidentliyi dövründə ölkənin əldə etdiyi nailiyyətləri sadaladı:

1) Azərbaycanda ümumi daxili məhsul 3 dəfə - 300 faiz artıb
2) Yoxsulluğun səviyyəsi 50 faizdən 7,6 faizə enib
3) İnflyasiyanın səviyyəsi 5,4 faiz təşkil edir
4) Son 8 il ərzində 1 milyondan artıq iş yeri yaradılıb
5) Xarici borc bizim ümumi daxili məhsulumuzun 6 faizini təşkil edir
6) İqtisadiyyatın şaxələnməsi sabitdir
7) Siyasi vəziyyət sabitdir

REAL Hərəkatının icra katibi Natiq Cəfərli prezidentin tezislərinə cavab verib. Realnews.az Natiq Cəfərlinin fikirlərini çap edib:

1) Düzdür, deyilənlərlə razıyam. Amma, bunun bizim hökumətə nə dəxili var axı? Qərb şirkətləri nefti çıxarır, daşıyır, satır, pulunu bizimkilərə verir. Neftin qiyməti və həcmi artdı, təbii, ÜDM də 3 dəfə artdı, ÜDM də neftin-qazın payı 70%-i keçib, bəs bunu niyə demir?

2) Bu barədə çox danışmışam, yazmışam. Söz oyunudur, yoxsulluq həddini özləri müəyyən edirlər, sonra da deyirlər ki, azalma olub. Əgər ən kasıb Avropa ölkəsi Bolqarıstanda olduğu kimi, yaşayış minimumu 220 avro götürülsə, bizdə 60-65% əhalinin yoxsulluq həddindən aşağı yaşamadığı üzə çıxar.

3) Bu da söz oyunudur. Birincisi bu il rəsmi inflyasiya 8% olub, 2-ci də son 8 ildə inflyasiya 200%-ə yaxın olub.

4) Bu əfsanəni çox eşitmişik, amma rəqəmlər başqa şey deyir, ölkədə 4,5 mln. əmək qabiliyyəti olan insan var, sosial müdafiə nazirliyində sığorta kartı olan insanların sayı cəmi 1,8 mln. nəfərdir, qanuna görə 3 gün hər hansı bir yerdə işləsən, sosial yığım kartı almalısan. Komitənin rəsmi rəqəmlərini təftiş etməklə, bu rəqəmin mif olduğunu sübut etmək olar.

5) Bu rəqəmlə tam razıyam, düz deyir. Amma, bunun səbəbi hökumətin yaxşı işləməsi deyil, neft pullarının axmasıdır.

6) Bəli, razıyam, şaxələnmə sabitdir. Yəni necə neftdən asılılıq qalırdısa, indi də qalır. Hətta, asılılıq artıb, təhlükəli həddə çatıb

7) Bu nə deməkdir axı? Sabitlik nə vaxtdan dəyər olub? Siyasi vəziyyət Şimali Koreyada da sabitdir, nə olsun ki?

Bu, iqtisadçı Natiq Cəfərlinin fikirləridir.

Sizcə kim düz deyir?
Cavablarınızı yazın.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG