Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:17

Tanınmış aktyor barədə 3 aylıq həbs qərarı


Adel İmam BMT-nin xoşməramlı səfiri kimi Suriyada məktəblilərlə görüşür, 2007-ci il
Adel İmam BMT-nin xoşməramlı səfiri kimi Suriyada məktəblilərlə görüşür, 2007-ci il

Adel İmam İslam simvolu olan saqqalı təhqir etməkdə ittiham olunur

Misirin ən tanınmış aktyorlarından biri, dünya şöhrətli komik sənətçi Adel Imam İslamı təhqir etdiyinə görə 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Sənətçi 40 illik yaradıcılığı boyunca müntəzəm olaraq siyasətçilər və tanınmış ictimai xadimləri təqlid edib, yumoristik ifası ilə onların fəaliyyətini tənqid edib. Amma məhz İslama bağlı qüvvələr hakimiyyətə gələndən sonra aktyor barəsində bu cür iddia qaldırılıb.

Reutersin xəbərinə görə, İddiaçı qismində parlamentdəki İslam qrupuna aid hüquqşünas Asran Mansur çıxış edib. O, öz iddiasında aktyoru İslam simvollarına qarşı sayğısızlıqda ittiham edib. Hüquqşünas məhkəməyə müraciətində yazıb ki, Adel İmam öz tamaşalarında İslam simvolu olan saqqal, həmçinin bəzi müsəlmanlar tərəfindən geyilən geniş balaqlı “Jilbab” geyimini lağa qoyub.

İddiaçı İslamı təhqir edən filmlər sırasında "Morgan Ahmed Morgan" filmini və "Al-Zaeem" (Rəhbər) tamaşasının adlarını qeyd edib.

Məhkəmə Adel İmam barəsində 170 ABŞ dollarına bərabər miqdarda cərimə və 3 aylıq həbs qərarı çıxarıb. Cavabdehin özü məhkəmə prosesinə qatılmayıb və qərarı şərh etməyib. İmam 2 həftə ərzində qərardan apelyasiya şikayəti verə bilər.

Misirdə indiyə kimi də bir neçə dəfə bəzi sənətçilərə qarşı oxşar ittihamlar irəli sürülüb. Lakin Adel İmamın ölkədə və ümumiyyətlə ərəb aləmində həddən artıq populyar olması səbəbindən bu qərar ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Analitiklər deyirlər ki, ona qarşı iddia sürən hüquqşünas sadəcə indiki məqamdan – islamçıların hakimiyyətə gəlməsindən istifadə edib.

Misirin telekommunikasiya maqnatı və siyasi xadimi Naguib Saviris də bu yaxınlarda məhkəmə qarşısına çıxmalı olub. Onu İslamı təqir edən cizgi filmi barədə tərifli tweet-lər yaymaqda ittiham ediblər. Saviris Misirin Coptic xristian icmasının tanınmış liderlərindən biridir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG