Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:53

Yanacaq daşıyan yük qatarı aşıb


Bakıdan Gürcüstana neft məhsulları daşıyan yük qatarı Hacıqabul rayonu ərazisində qəzaya uğrayıb.

Gecə saatlarında baş verən hadisə nəticəsində qatarın 57 vaqonundan 6-sı relsdən çıxıb. Bu vaqonlardan 3-ü aşıb.

Bakıdan Gürcüstana hərəkət edən bu qatar yanacaq – qazoyl daşıyırmış.

«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov «APA»ya bildirib ki, yük Qazaxıstana məxsus olub və Bakı-Batumi marşrutu ilə hərəkət edib. Vaqonlar hermetikdir deyə, aşma nəticəsində ətrafa neft məhsulu dağılmayıb.

«Həmin vaqonlar artıq qaldırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb», - deyə şirkət rəsmisi vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG